"Sizdən ayrılıb evə gedəcəm və ..."

16:15 - 15 Dekabr 2013

Pantiç: "Asanlıqla qol buraxdıq və sona kimi mübarizə apardıq"

 

"İlk növbədə yetirmələrimi təbrik edirəm. Bizim üçün çox vacib oyun idi. Çempionatın ən yaxşı oyun göstərən komandasını məğlub etdik. "Qarabağ" kimi komandan məğlub etmək üçün imkanlarının 150 faizini göstərməlisən."

 

Sportal.az xəbər verir ki, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç deyib. Pantiç fikirlərini belə izah etdi:

 

"Mən yetirmələrimə dedim ki, əgər "Qarabağ"ı məğlub etmək istəyiriksə, bunu gəzə-gəzə yox, sona kimi vuruşaraq qazana bilərik. Asanlıqla qol buraxdıq və sona kimi mübarizə apardıq. "Qarabağ" bizim qapımıza vurduqları qoldan başqa zərbə endirə bilmədilər. Sizdən ayrılıb evə gedəcəm və "Qələbə" ilə oyuna hazırlaşacam.

Əlbəttə, rəqibin lider oyunçularının olmaması oyuna təsir etdi, amma belə komandaya baxanda biz qələbəyə layiq idik."

Xəbər xətti