Qurban Qurbanov: "Məşqçi kimi buna hazır olmalıydım"

16:19 - 15 Dekabr 2013

"Heç kim bütün oyunları əsas heyətdə keçirməli deyil"

 

"Ağır oyun oldu. Təkcə nəticəyə görə yox, oyun qurmaqda çətinlik çəkdik. Rəqibi təbrik edirəm, sona kimi mübarizə apardılar."

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Qurbanov oyun qurmaqda çətinlik çəkdiklərini bildirdi:

 

"Heyətdə dəyişiklər oldu.  "Bakı" liderlərə qarşı yaxşı oyun göstərir. Oyunçularımın fərdi oyunundan narazı oldum. Oyun qurmaqda çətinlik çəkirdilər. Qarşıda bir oyun var və bu matça hazırlaşmalıyıq. 

 

Heç kim bütün oyunları əsas heyətdə keçirməli deyil. Buna məşqçi kimi mən hazır olmalıydım. Ot örtüyü bir az sürüşkən idi. Bu məğlubiyyətə təsir etmədi, amma futbolçular çətinlik çəkirdilər. Belə oyunlarda qələbə qazanmaq lazımdı."

Xəbər xətti