Komanda bu gün məşqə çıxacaq
Premyer Liqanın XVII turu çərçivəsində ötən gün “Rəvan”ı minimal hesabla məğlub edən “Xəzər Lənkəran” istirahətsiz məşq edəcək.
Sportal.az xəbər verir ki, “ağ-yaşıllar” bu gün saat 16:30-da oyunsonrası bərpa məşqini keçirəcək.
Dekabrın 17-də və 18-də isə iki gün ardıcıl olaraq intensiv məşqlərlə Cənub təmsilçisi ilin son matçı olan “Sumqayıt”la oyuna hazırlaşacaq. Dekabrın 19-da oyunöncəsi son məşqini keçirəcək Mustafa Dənizlinin komandası, ertəsi gün dekabrın 20-də (XVIII tur) “Fırtınalar meydanı”nda “Sumqayıt” klubunu qəbul edəcək.
Qeyd edək ki, sarı vərəqə limitini dolduran kapitan Rahid Əmirquliyev 2013-cü ilin son qarşılaşmasını buraxmalı olacaq.
Mənbə: 12cioyuncu.info
saytlarin hazirlanmasi