Komanda süni örtüklü meydanda məşqə çıxıb
Dekabrın 15-də “Fırtınalar meydanı”nda “Rəvan” klubunu qəbul edərək görüşdə 1:0-hesabı ilə qələbə qazanan “Xəzər Lənkəran” dünən oyunsonrası bərpa məşqini keçirib.
Sportal.az xəbər verir ki, Cənub təmsilçisi ötən gün stadionun əsas və ehtiyat meydançalarının bir o qədər də yaxşı vəziyyətdə olmadıqları səbəbindən hazırlıq üçün yenə də özünə başqa bir məkan seçməli olub.
Belə ki, komanda Lənkəran şəhərinin İnşaatçılar məhəlləsinə (RAYPO-nun yanı) yollanaraq ərazidə yerləşən idman kompleksinin süni örtüklü – qapalı meydançasında məşq edib. Əsasən bərpa proqramı üzrə tərtib edilmiş fiziki hərəkətlərin ardıcıllıqla yerinə yetirilməsindən ibarət olan hazırlıq prosesi bir saat davam edib. Daha sonra özünün baza-otelinə qayıdan “ağ-yaşıllar” bu gündən başlayaraq intensiv məşqlər keçərək “Sumqayıt”la oyunun hazırlıqlarına start verəcək.
Mənbə: 12cioyuncu.info
saytlarin hazirlanmasi