Aquero sıradan çıxıb
	 
	Premyer Liqanın son turunda "Arsenal" üzərində 6:3 hesablı qələbə qazanan "Mançester Siti" ciddi problemlə üzləşib. 
	 
	Sportal.az xəbər verir ki, komandanın aparıcı futbolçusu Serxio Aquero sıradan çıxıb.
	 
	Argentinalı forvard sözügedən qarşılaşmanın 50-ci dəqiqəsində zədələnərək Xesus Navasla əvəzlənib.
	 
	Oyundan sonra "şəhərlilər"in baş məşqçisi Manuel Pelleqrini Aqueronun zədəsinin ciddi olduğunu və 1 ay yaşıl meydanlardan kənar qalacağını açıqlayıb.
                      
saytlarin hazirlanmasi