"Nəqşicahan" AAK etiraz edir.
Bildiyimiz kimi 15 dekabrda Bayıl Arenada "Neftçala" - "Araz-Naxçıvan" matçı baş tutdu.
Sportal.az xəbər verir ki, "Araz-Naxçıvan" azarkeşləri oyundan xüsusi bir nüansı diqqətinizə çatdırır.
"Son hücumlarımızın birində "Neftçala" futbolçularından biri zədələndi. Elə bu vaxt nominal meydan sahibləri əvəzetmə etdilər və 4 nömrəli futbolçuları olan Orxan Məmmədov oyuna girdi. Ancaq onun əvəzlədiyi 7 nömrəli futbolçu Nakim Vəliyev meydanı tərk etmədi bu an. Bu dəyişiklik haqqında hətta stadionda elan da verilmişdi. Videoreportaja baxanda aydın və dəqiq məlum olur ki, Nakim Vəliyev 1 dəqiqə 20 saniyə oyunda olub. Bu barədə əlimizdə video və fotofaktlar var.
"Nəqşicahan" AAK olaraq buna etiraz edirik. Sabah bu haqda PFL-ə məlumat verəcəyik.
Xaqani Məmmədov cənablarına da bildirirk ki, hakimlərinə danışıq tərzi və oyunu idarə etməyi öyrətsin".
saytlarin hazirlanmasi