"İndi Azərbaycan çempionatı yox, Bakı çempionatı var"
Azərbaycan teleməkanının maraqlı futbol proqramı "TOP TOP" növbəti buraxılışı ilə görüşünüzə gəlib.
Sportal.az xəbər verir ki, "TOP TOP"un bu sayı da Azərbaycan və dünya futbolunda baş verən ən maraqlı futbol hadisələrinə həsr olunub. Proqramın bu dəfəki qonaqları U-19 milli komandasının baş məşqçisi Arif Əsədov, "Çempion" qəzetinin əməkdaşı, "Futbol11.az" saytının rəhbəri Elgiz Abbasov, "Neftçi"nin aşağı yaş qrupları üzrə məşqçisi İslam Kərimov və tanınmış ekspert Elnur Əşrəfoğlu olub. "TOP TOP"da Azərbaycan futbolunun hazırki durumu müzakirə edilib, Premyer Liqanın oyunları barədə söhbət açılıb. "Qarabağ", "Neftçi" və "Xəzər Lənkəran"ın oyunları verilişin əsas müzakirə mövzusu olub. "Qəbələ"nin futbolçusu Elnur Allahverdiyevin "Neftçi" azarkeşləri tərəfindən söyülməsi, Qəbələ azarkeşlərinin isə "Neftçi"nin oyunçusu Mahir Şükürovu təhqir etməsi "TOP TOP"un qonaqları tərəfindən sərt şəkildə tənqid olunub. Proqramda maraqlı açıqlamaları ilə çıxış edən Arif Əsədov 2 il əvvəl "Neftçi" klubundan istefa verəndə ona böyük təzyiqlərin olduğunu vurğulayıb. Qonaqlar millinin baş məşqçisi Berti Foqtsun Azərbaycandakı gələcək taleyi ilə bağlı səmərəli təkliflər irəli sürüblər. PFL-in keçirdiyi Premyer Liqanın yeni formatı da geniş müzakirə olunub. Azərbaycanda uşaq futbolunun indiki durumu barədə fikir mübadiləsi aparılıb. "TOP TOP"da Türkiyənin "Qalatasaray" klubunun da mübarizə apardığı Çempionlar Liqasının püşkatmasından da danışılıb. Həmçinin futbol həvəskarlarının göndərdikləri SMS-lər canlı yayımda səsləndirilib, bütün suallara cavab verilib. Bir sözlə teleməkanda yeni maraqlı futbol proqramını izləməyə dəyər. Qeyd edək ki, "Top-top" verilişi hər həftənin bazar ertəsi saat 20:00-da "CHATBOX" kanalında canlı təqdim olunur. "CHATBOX" kanalı KATV kabel televiziyası və internet vasitəsilə yayımlanır. Son verilişin "youtube" kanalındakı rəsmi səhifəmizdə yerləşdirilən videoyazısını sizə təqdim edirik:
saytlarin hazirlanmasi