Zohair "Xəzər Lənkəran"a görə millidən imtina etdi

01:54 - 18 Dekabr 2013

Futbolçu Azərbaycan millisində oynamağı arzu edir
 
“Xəzər Lənkəran”ın mərakeşli yarımmüdafiəçisi Zohair Benuahi Azərbaycan vətəndaşlığı almaq istədiyini bildirib.
 
Sportal.az xəbər verir ki, o, bu haqda Mərakeş mətbuatına açıqlamasında məlumat verib.
 
Zohairin bu addımına səbəb, mərakeş yığmasının baş məşqçisi Rəşid Taussinin münasibətidi. Belə ki, Benuahi əvvəlcə Mərakeş Krallığı Futbol Federasiyasına müvafiq sənədləri göndərib. Yığmanın baş məşqçisi oyunçunun səviyyəsindən razılığını bildirib. Ancaq onu komandaya çağırmaqdan imtina edib. Səbəb, Benuahinin bu il Avropa Liqası çərçivəsində "Xəzər Lənkəran"ın heyətində "Makkabi” (Hayfa, İsrail) komandasına qarşı oyun keçirməsi olub.
 
Benuahinin sözlərinə görə, bu oyunda iştirakdan imtinaya görə, klub onunla müqaviləni poza bilərdi. O, həmçinin, Taussini qeyri-peşəkarlığına görə tənqid edib. Cavab özünü çox gözlətməyib. Taussi bu məsələyə belə şərh verib: “Hər kim ki, İsraildə oynadı, mənim milli komandaya rəhbərlik etdiyim ərəfədə, burada oynamaq haqda heç arzu da etməsin”.
 
Qeyd edək ki, Benauhi bununla əlaqədar olaraq Azərbaycan vətəndaşlığı alıb millimizin şərəfini qorumağa ümid edir.
 
 

Xəbər xətti