Mbilla Rahidə çatdı, növbəti hədəf Ramazanov

00:16 - 24 Dekabr 2013

Yeni futbolçu 3-cü dublunu rəsmiləşdirdi
 
Premyer Liqanın XVIII turu “Xəzər Lənkəran” üçün növbəti dublla əlamətdar olub.
 
Sportal.az xəbər verir ki, qarşılaşmada 4:3 hesabı ilə qalib gələn “Xəzər Lənkəran”ın legioneri Mbilla Etame bu qarşılaşmada rəqib qapısına 2 qol vurub.
 
Bu isə yayda transfer olunan futbolçunun “ağ-yaşıllar”ın heyətində 3-cü dubludur.
 
Etame XL-in dubl sayında Rahid Əmirquliyev, İvan Svetkov, Allan Lalin və Edmond N'Tiamoaya çatıb. Bu futbolçuların hərəsinin 3 dublu var. Onlar yalnız 3 oyunçudan geri qalır. Mütləq rekord isə Zaur Ramazanova məxsusdur – 8 dubl. Vüqar Nadirov 5, Samir Əliyev 4 dəfə bunu bacarıb.
 
Kamerunlu forvard eyni mövsümdə 3 dubla imza atmaqla Samir Əliyevin 2004/05, Allan Lalinin 2009/10 mövsümündə gerçəkləşdirdiyi nəticəni təkrarlayıb. Bir mövsümdəki dubl rekordu isə Zaur Ramazanova məxsusdur. Hücumçu komandamızın çempion olduğu 2006/07 mövsümünün 5 qarşılaşmasında 2 qol vurmağı bacarıb.
 
Ümumilikdə “Xəzər Lənkəran”ın tarixində qeydə alınan 67 dubla 34 futbolçu imza atıb.
 
“Xəzər Lənkəran”da ən çox dubla imza atan futbolçular
 
1. Zaur Ramazanov 8
2. Vüqar Nadirov 5
3. Samir Əliyev 4
4-8. Rahid Əmirquliyev 3
İvan Svetkov 3
Allan Lalin 3
Edmond N'Tiamoa 3
Etame Mbilla 3

Xəbər xətti