Mahir Şükürov bir oyunla kifayətləndi
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqa
“Qəbələ” – “Bakı”: “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur. Matçın 90+2-ci dəqiqəsində “Bakı” klubunun 43 №-li futbolçusu Şəhriyar Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
“Rəvan” – “Simurq”: “Rəvan” klubunun 40 №-li futbolçusu Mişel Balokoq kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.
AZAL– “Neftçi”: AZAL klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur. Matçın 80-ci dəqiqəsində “Neftçi” klubunun 22 №-li futbolçusu Mahir Şükürov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur. Oyunun 83-cü dəqiqəsində “Neftçi” klubunun 32 №-li futbolçusu Elvin Yunuszadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur. Oyunun 83-cü dəqiqəsində “Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur. Oyun başa çatdıqdan sonra “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur.
Əvəzedicilər
“Xəzər Lənkəran” – “Sumqayıt”: “Xəzər Lənkəran” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
“Qəbələ” – “Bakı”: “Bakı” klubunun baş məşqçisi İbrahim Uzunca texniki-zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur.
“Rəvan” – “Simurq”: “Rəvan” klubunun 11 №-li futbolçusu Kamil Nurəhmədovaqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.
I divizion
“Göyəzən” – “Neftçala”: “Neftçala” klubunun 12 №-li futbolçusu Novruz Rəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
“Karvan” – “Ağsu”: “Karvan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
“Araz Naxçıvan” – “Qaradağ Lökbatan”: “Qaradağ Lökbatan” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
saytlarin hazirlanmasi