"Xəzər Lənkəran"ın baş məşqçisi "Qalatasaray"ı dəyərləndirdi

14:32 - 24 Dekabr 2013

"Mançininin gəlişi ilə çox şey dəyişmədi"
 
"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli  "Lig TV" kanalında bir verilişin qonağı olub.
 
Sportal.az xəbər verir ki, o,  proqramda "Qalatasaray"ın hazırkı durumunu dəyərləndirib.
 
"Qalatasaray" mövsümə pis başladı. Mançininin gəlişi ilə çox şey dəyişmədi. Rahat matç qazana bilmirlər. "Qalatasaray" həm komanda olaraq, həm də fərdi qaydada öz səviyyəsindən aşağı çıxış edir. "Qalatasaray" cinah topları ilə nəticə qazanan komanda deyil. Bunu ən yaxşı şəkildə edə biləcək adam Albert Rieradı. Amma onun da sürəti aşağıdı. Ancaq komandanı daha yaxşı daha yaxşı analiz etmək üçün ikinci dövrəni gözləməliyik. Böyük bir böhrandan keçdilər. Bunu unutmamalıyıq"

Xəbər xətti