Hakimi döyən futbolçuya 20 oyunluq cəza
Futzal üzvü Azərbaycan çempionatında hakimlər döyülüb.
Sportal.az xəbər verir ki,hadisə “Akkord” - “Baku Fire” matçında baş verib.
Qarşılaşmanın 46-cı dəqiqəsində “Akkord”un baş məşqçisi Elnur Qəmbərov hakimlərə fiziki təsir göstərdiyinə görə 20 oyunluq cəzalandırılıb. Oyun bitdikdən sonra isə “Akkord”un oyunçusu Abuzər İbrahimov eyni hərəkəti edib və 10 oyunluq cəzalanıb.
Həvəskarlar arasında futzal üzrə Azərbaycan birinciliyinin “Zirvə” - “Sədərək” matçı başa çatdıqdan sonra “Sədərək”in futbolçusu Elxan Abbasov hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəza alıb.
U-15 liqasının “MKT Araz” - AZAL matçında ikincilərin üzvü İslam Bağırzadə, “Şirvan” - “Neftçi” qarşılaşmasında isə birincilərin futbolçusu Orxan Rəhimli hakimi təhqir edib. Hər iki oyunçu 4 oyunluq cəzalandırılıb.
saytlarin hazirlanmasi