Aleksandr Səmədov: "Azərbaycan yığması ilə qarşılaşmadan sonra ..."
"Millinin baş məşqçisi Fabio Kapellonu neçə dəfə qəzəbli görmüşəm. O, elə soyunub-geyinmə otağında bu qəzəbini saxladı. Lakin Azərbaycan yığması ilə qarşılaşmadan sonra çalışdırıcı öz narazılığını aşkar şəkildə büruzə verdi."
Sportal.az xəbər verir ki, bu sözləri Rusiya millisi və "Lokomotiv" klubunun futbolçusu Aleksandr Səmədov deyib. O, ölkəsinin mətbuatına verdiyi müsahibə "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində Bakıda millimizlə görüşə də toxunub:
"Oyunla bağlı təfərrüatlar paltardəyişmə otağında qalmalıdır. Ancaq "DÇ-2014"ün seçmə mərhələsinin son turunda Azərbaycanla oyundan sonra Fabio Kapello kəskin şəkildə bizə öz narazılığını bildirdi. Bu narazılıq isə onda bir neçə oyun ərzində yığılıb qalmışdı. Çünki həmin oyunlarda işimizi yaxşı yerinə yetirməmiş, son dəqiqələrdə qol buraxmışdıq. Ardıcıl iki dəfə - Lüksemburq və İsraillə matçlarda belə olmuşdu. Bütün bunlar Bakıda təkrarlananda isə Kapello deməyə çox söz tapdı".
saytlarin hazirlanmasi