"Əgər hakimi döymüşəmsə, onlar çıxıb əsaslandırsınlar"

15:09 - 25 Dekabr 2013

Elnur Qəmbərov: "Ramil Namazovla üz-üzə dayanmağa hazıram"

 

"Hakimə fiziki təyziq göstərməmişəm. Sadecə aramızda söz mübahisəsi olub."

 

Bu sözləri Sportal.az-a açıqlamasında hakimlərə fiziki təsir göstərdiyinə görə 20 oyunluq cəza alan futzal çempionatında çıxış edən "Akkord"un baş məşqçisi Elnur Qəmbərov deyib. Qəmbərov həmin hakimlə öz-üzə daynamağa hazır olduğunu bildirib:

 

"Həmin vaxt orada AFFA nümayəndəsi, baş hakim Ramil Namazovdan başqa digər köməkçi hakimlər də olub. Əgər hakimi döymüşəmsə, onlar çıxıb əsaslandırsınlar. Bu gün Ramil Namazovla üz-üzə dayanmağa hazıram."

Xəbər xətti