"İnter" "Dinamo"ya qalib gəldi
“İnter” PİK-in Uşaq Gənclər Futbol Məktəbinin 2000-ci il təvəllüdlərdən ibarət komandası “Dinamo- Batumi” klubunun 90 illiyinə həsr olunmuş futbol turnirində iştirak etmək üçün qonşu Gürcüstana yollanmışdı.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən "bankirlər" yarımfinal mərhələsində "Dinamo"(Batumi) komandasıyla qarşılaşdı. Oyunun əsas vaxtı 1:1 hesabıyla başa çatdı və qalib penaltilər seriyasında müəyyənləşdi. Penaltilərdə "İnter" daha dəqiq oynayaraq (5:4) finala vəsiqə qazandı.
Bu gün keçirilən final mərhələsində Azərbaycanın iki təmsilçisi- "İnter" və "Əlincə" komandaları üz-üzə gəldi. Bu qarşılaşmada "Əlincə" 1:0 hesabıyla qalib gələrək turnirin qızıl mükafatçısı adını qazandı. "İnter" isə vətənə gümüş medallarla qayıdır.
saytlarin hazirlanmasi