"Fənərbağça" növbəti mövsümdən yenidən avrokuboklarda çıxış edə bilər

18:33 - 25 Dekabr 2013

Hər şey Türkiyə məhkəməsinin qərarından asılı olacaq
 
Oyun alqı-satqısına yol verdiyi üçün UEFA tərəfindən cəzalandırılan "Fənərbağça"nın cəzası ləğv edilə bilər.
 
Sportal.az xəbər verir ki, "Sarı-lacivərdlər"in növbəti mövsümdən avrokuboklarda iştirak etmə ehtimalı var. İstanbul klubunun danışılmış oyunlarda iştirak edib-etmədiyini araşdıran Türkiyə məhkəməsi yaxın günlərdə bu barədə rəsmi qərarını açıqlayacaq. Əgər məhkəmə istintaqın yenidən başlanılmasına qərar versə, "Fənərbağça" növbəti mövsümdən yenidən avrokuboklarda çıxış edə bilər. 
 
Hər dəfə Türkiyə məhkəməsinin çıxaracağı qərara əsasən addım atacağını bildirən UEFA istintaqın yenidən başlayacağı təqdirdə cəzanı dondura bilər. Sonradan klubun günahkar olduğu təsdiqlənsə, 1 illik cəza yenidən qüvvəyə minəcək. 
 
Qeyd edək ki, qitənin ali futbol qurumu "Fənərbağça"nı iki illik cəzalandırmışdı. Klubun bir illik cəzası mövsümün sonu bitəcək.

Xəbər xətti