"Kəpəz" üçüncü oldu
Bu gün Naxçıvan Olimpiya Kompleksində veteran futbolçulardan ibarət komandaların ölkə birinciliyinə yekun vurulub.
Sportal.az xəbər verir ki, buna qədər Masallı, Oğuz, Qəbələ və Bakıda baş tutan zona yarışlarında uğurlu nəticə qazanan Sumqayıt veteranları həlledici mərhələdə də qalib olub.
Əvvəlcə "Qarabağ"ı 7:4 hesabı ilə üstələyən veteranlarımız həlledici görüşdə "Neftçi"dən üstün olub (5:2). Final görüşündə komandamızdan qolları "Sumqayıt" Futbol Klubunun baş məşqçisi Aqil Məmmədov, Mübariz Orucov, İsmayıl Məmmədov, Kamal Quliyev və Kənan Məmmədov vurub.
3-cü yer uğrunda yarışda isə “Qarabağ” və “Kəpəz” görüşüblər. 3-cü yerə “Qarabağ”ı 5:4 hesabı ilə məğlub edən “Kəpəz” sahib çıxıb.
saytlarin hazirlanmasi