Sneyderin xanımı yeni peşə tapdı

23:16 - 25 Dekabr 2013

Yolante köşə yazısı da yazacaq
 
"Qalatasaray"ın futbolçusu Uesli Sneyderin həyat yoldaşı Yolante Kabau daha bir işə başlayır.
 
Sportal.az xəbər verir ki, həm aktrisalıq, həm modellik edən gözəl xanım indi də köşə yazarı olmaq qərarına gəlib.
 
Son dövrlər bir çox layihədə yer alan aktrisa Hollandiyada geyim, yaşam və moda dərgisi hesab olunan "Grazia"da köşə yazacaq. Bu barədə dərginin baş redaktoru Hilmar Mulder məlumat verib: "Yolante hərtərəfli bacarığı olan bir qadındır. Bir çox ölkəni gəzir və təcrübə toplayır. Bu təcrübəni bizimlə bölüşəcəyini düşünürəm. Uesli Sneyderin həyat yoldaşı olması isə onun üçün əlavə üstünlükdür. Çünki bu ad Kabaunun oxucularını artıracaq".

Xəbər xətti