"Xəzər Lənkəran"lılar Fatih Terimin qonağı olacaq

01:30 - 26 Dekabr 2013

Mustafa Dənizli və Mübaiz Mənsimov birlikdə toyda iştirak edəcək
 
Türkiyə futbolunun ən tanınmış məşqçisi olan Fatih Terim qızı Busəyə toy edəcək.
 
Sportal.az xəbər verir ki, Terim  qızı Busəni  tanınmış futbolçu Əmrə Belözoğlunun bacısı oğlu Volkan Bahçekapılıya verəcək.
Baş tutacaq toy mərasimində "Xəzər Lənkəran" da təmsil olunacaq. Lənkəran klubunu bu toyda klubun sahibi Mübariz Mənsimov və baş məşqçi Mustafa Dənizli təmsil edəcək.
Qeyd edək ki, toy gələn il iyunun sonunda və ya iyulun əvvəlində baş tutacaq.

Xəbər xətti