"Yataq otağında olduqca rahatıq"

12:50 - 26 Dekabr 2013

Yolante Kabau: "Bəzi qadınlar yataqdan çılpaq çıxmağa cəsarət edə bilmir"
 
"Qalatasaray"ın futbolçusu Uesli Sneyderin həyat yoldaşı Yolante Kabau Hollandiya mətbuatına yataq sirrlərini bölüşüb.
 
Sportal.az xəbər verir ki, aktrisa əri ilə bağlı bunları deyib:
 
"Ona güvənim sonsuzdu. Amma gələcəkdə nələrin baş verəcəyini indidən demək olmaz. Ueslinin məni heç bir zaman aldatmayacağını iddia edə bilmərəm. Yataq otağında olduqca rahatıq. 
 
Bəzi qadınlar yataqdan çılpaq çıxmağa cəsarət edə bilmir. Ya da bunu sadəcə işıqlar sönəndən sonra edə bilirlər. Mənim isə bununla bağlı heç bir problemim yoxdu. Birlikdə keçirdiyimiz zamanın keyfini çıxarırıq. Məncə, bu ailə həyatında önəmli məqamdı".

Xəbər xətti