Eder Bonfim karyerasını Rumıniyada davam etdirəcək
"Xəzər Lənkəran"ın sabiq futbolçusu Eder Bonfimin yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu karyerasını yenidən Rumıniyada davam etdirəcək. O, bu ölkənin "Poli" klubunda top qovacaq.
Qeyd edək ki, Bonfim "Xəzər Lənkəran"da 48 oyun keçirib və 5 qola imza atıb. O, ölkəmizə məhz Rumıniyadan - "Styaua"dan gəlmişdi.
saytlarin hazirlanmasi