Komandada təmizlik islahatları başlayıb
Qış fasiləsinə Azərbaycan birinci divizionunun lideri kimi gedən “Araz Naxçıvan” heyətlə bağlı islahatlara başlayıb.
Sportal.az xəbər verir ki, Naxçıvan klubunun baş məşqçisi Əsgər Abdullayev Yeni il ərəfəsində 5 oyunçu ilə yolların ayrılmasına qərar verib.
Belə ki, Rəşad Hacızadə, Elnur Soltanlı, Ozal Əbiyev, Nicat Əliyev və Elvin Cəbrayıllı ilə əməkdaşlığa son qoyulub. Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, “Araz Naxçıvan”ın əsas məqsədi elitaya vəsiqə qazanmaqdır.
futbol11.az
saytlarin hazirlanmasi