Azərbaycanın bir nömrəli fanatı qayıtdı

01:35 - 29 Dekabr 2013

Ceyhun Əzizli yenidən Bakıda
 
Azərbaycanın ən çılğın azarkeşi, “UltrAslan Azərbaycan” dərnəyinin prezidenti Ceyhun Əzizli Bakıya qayıdıb.
 
Sportal.az xəbər verir ki, bir müddət əvvəl maddi çətinlik ucbatından fan-klubun fəaliyyətini müvəqqəti dayandıran Əzizli, işləmək üçün Qazaxıstana üz tutmuşdu. 
Bakıya qayıtması barədə məlumatı Publika.az Ceyhun Əzizlinin özü verib. Azərbaycanın ən böyük fanatı bildirib ki, bayramla əlaqədar doğmalarına baş çəkmək üçün Azərbaycana gəlib. 
Ceyhun Əzizli Azərbaycanda qalb-qalmayacağl ilə bağlı məsələyə də münasibət bildirdi: “Hələ fan-klub üzvləri ilə görüşmək imkanım olmayıb.
 Üzvlərlə görüşdən sonra qəti qərar verəcəm. Maddi problemləri həll edə bilsək, fan-klubun fəaliyyətini bərpa edəcəyik. Bizim işimiz Azərbaycan futbolunun inkişafına və təbliğinə xidmət etməkdən ibarətdi”. 

Xəbər xətti