Komanda azarkeşlərin qeydiyyatına başladı
	 
	"Sumqayıt"ın rəsmi fan-klubu ilin yekunları ilə bağlı tədbir keçirib. 
	 
	Sportal.az xəbər verir ki, görüşdə klubun prezidenti Kamran Quliyev də işdirak edib.
	 
	Tədbirdə yola salacağımız 2013-cü ilin yekunları və fan-klubun gələcək planları müzakirə olunub və azarkeşlərin qeydiyyatına start verilib. Fan-klubun ən fəal iki üzvü - Fərhad Bayramov və Məhəmməd Zeynallıya xüsusi hədiyyə təqdim olunub.
	 
	Tədbirin sonunda fan-klub üzvləri Sumqayıt şəhərində aksiya keçirərək sakinlərə klubun müxtəlif atributlarını hədiyyə ediblər.
                      
saytlarin hazirlanmasi