"Bakı"nın futbolçusu:"Hər gecə yatmağa gedəndə bunu fikirləşirəm"

14:56 - 29 Dekabr 2013

"Bir çox klub məni istəyirdi, amma..."
 
Keçən mövsüm "Bakı"da əsas heyətin daimi üzvü olan Junior Xavyer bu mövsüm nəinki əsas heyətə, ilk "18-liy"ə nadir hallarda düşür. 
 
Futbolçu "bu mövsüm niyə oynamırsan" sualını Sportal.az-a belə cavablandırdı:
 
"Hər axşam yatmağa gedəndə bu sualı özümə verirəm, cavabını nə qədər fikirləşsəm də bilmirəm. Bu barədə heç kimlə söhbəti olmayıb. Komandada heç kimlə problemim yoxdur".
 
Legioner qış fasiləsində "Bakı"dan ayrılıb-ayrılmayacağı haqqında da bunları dilə gətirib:
 
" Hər şey ola bilər. Hələlik bu barədə danışmq istəmirəm. Ancaq onu deyə bilərm ki, "Bakı"nı çox sevirəm, burada hər kəs mehribandır, səmimi kollektivimiz var. "Bakı" ilə yeni müqavilə imzalayanda bir çox klub məni istəyirdi, amma indi heç kimdən mənə təklif gəlməyib".

Xəbər xətti