Zohair Benouahi: "İstirəhətdən sonra komandaya qoşulacam"
"Klubdan ayrılmağım həqiqəti əks etdirmir. Hal-hazırda vətənim Marakeşdə istirahət edirəm."
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın marakeşli futbolçusu Zohair Benouahi deyib. Benouahi istirhətdən sonra komandaya qoşulacağını da fikirlərinə əlavə etdi:
"Xəzər Lənkəran" mənə klubdan ayrılacağım barəsində heç nə deməyib. Orada hər şey qaydasındadır. İstirahətim bitdikdən sonra komandaya qoşulacam və məşqlərimi və karyerıma orada davam etdirəcəm"
saytlarin hazirlanmasi