"Rəvan" da Türkiyəni seçdi

11:47 - 30 Dekabr 2013

"Siğortaçılar" Antalyada məskunlaşacaq
 
"Rəvan”ın qış fasiləsi üçün hazırlıq planı təsdiqlənib. 
 
Sportal.az klubun saytına istinadən xəbər verir ki, “siğortaçılar” yanvarın 5-də toplaşaq. Hazırlığın ilk mərhələsi 5-12 yanvarda, "Dalğa Arena”da olacaq.
 
Təlim-məşq toplanışın ikinci mərhələsi isə yanvarın 14-dən 26-na qədər Türkiyənin Antalya şəhərində reallaşacaq. Artıq komandanın qardaş ölkədə məskunlaşacağı məkan da müəyyənləşib. Belə ki, "Rəvan” bir neçə futbol meydançası olan otelde qalacaq.
 
“Rəvan” Türkiyədə 4 yoxlama görüşü keçirməyi planlaşdırılır. Amma rəqiblər dəqiqləşməyib.

Xəbər xətti