Yuri Syomin: "Çox məyusam, daha danışa bilməyəcəyəm, bağışlayın"

13:33 - 30 Dekabr 2013

"Tsmbaların Almaniya və İtaliyanın ciddi klublardan təklifi vardı"
 
“İlya böyük futbolçu idi. Onu vaxtında buraxsaydılar, daha böyük uğurlara imza ata bilərdi”.
 
Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin deyib.
 
Tanınmış rusiyalı mütəxəssis dünən 45 yaşında ürək tutmasından dünyasını dəyişən Moskva “Spartak”ının sabiq üzvü İlya Tsmbalar haqda xatirələrini bölüşüb:
 
“Tsmbaların Almaniya və İtaliyanın ciddi klublardan təklifi vardı. O, həmin komandalarda uzun illər yüksək səviyyədə çıxış edə bilərdi. Böyük itkidir. Çox məyusam, daha danışa bilməyəcəyəm, bağışlayın”.
 
Qeyd edək ki, İlya Tsmbalar Ukraynanın Odessa şəhərində doğulsa da, SSRİ dağıldıqdan sonra Rusiya millisində oynamağı üstün tutub. O, yığmada və “Lokomotiv”də Yuri Syominin rəhbərliyi altında da çıxış edib.

Xəbər xətti