Litva Futbol Federasiyası "Bakı"nın futbolçusu haqqında yazı hazırlayıb
Litva Futbol Federasiyasının rəsmi saytı “Bakı”nın üzvü Mindauqas Kalonas barədə yazı hazırlayıb.
Sportal.az xəbər verir ki, yazı başa çatmaqda olan ildə Litvada ən yaxşı futbolçu seçilən Kalonasın həyatına həsr olunub.
Kifayət qədər tanınmış klublarda oynamış Kalonasın bir müddət kənarda qalıb, daha sonra Azərbaycana təşrif buyurmasına da yer ayrılıb:
“Kalonas Azərbaycana gedəndə heç də yaxşı günlərini yaşamırdı. Fiziki cəhətdən hazır deyildi. Belə bir ağır vaxtda ona uşaqlıq dostu Pailus Paknis (“İnter”in sabiq üzvü) yardım etdi. Kalonas əvvəlcə “Rəvan”da oynadı. Vurduğu qollar və etdiyi əla ötürmələrlə rəğbət qazandı. O, hazırda “Bakı” klubunda Devidas Çesnauskislə birgə oynayır. Və kifayət qədər sevilir”.
Qeyd edək ki, Kalonas son bir neçə oyunda “Bakı”nın əsas heyətində yer almayıb.
saytlarin hazirlanmasi