Ən maraqlı hadisələr bu ildə baş verdi
2013-cü il başa çatıb.
Sportal.az sizləri dünya futbolunda yol saldığımız ilin ən maraqlı hadisələrini təqdim edirik.
Qvardiola "in", Heynkes "out"
"Bavariya"da mövsümü 3 kubokla (Çempionlar Liqası, Bundesliqa, Almaniya Kuboku) Heynkes yanvar ayında acı xəbər aldı. Klub rəhbərliyi baş məşqçinin yayda komandadan gedəcəyini və yerini Pep Qvardiolanın tutacağını açıqladı. Heynkes qazanılması mümkün olan bütün titulları qazanaraq "Bavariya"da bir ilkə imza atdı və yerini Qvardiolaya verdi.
Götzenin qalmaqallı transferi
"Borussiya"nın (Dortmund) futbol akademiyasında yetişən və azarkeşlər tərəfindən çox sevilən Mario Götze müqaviləsi yeniləmədi və 37 milyon avro qarşılığında "Bavariya"ya keçdi. Dortmundlu fanatlar onu "xain" elan elədi.
"Ballon d`Or" yenə Messinin...
"Barselona"nın ulduz futbolçusu Lionel Messi 2012-ci ildə klub səviyyəsində istənilən səviyyədə çıxış etmədi. Amma 91 qol vuraraq dünyanın ən dəyərli mükafatını - "Ballon d`Or"u (Qızıl top) ardıcıl 4-cü dəfə qazandı.
"Real"ı təkbaşına devirdi
Çempionlar Liqasının yarımfinalında "Singal Iduna Park"da keçirilən "Borussiya" (Dortmund) - "Real" matçında (4:1) 4 qol vuran Robert Levandovski təkrarlanması çətin olan bir uğura imza atdı.
Çempionlar Liqasında alman finalı
Çempionlar Liqasının yarımfinalında "Barselona" - "Bavariya" və "Borussiya" - "Real" qarşılaşmaları ispan finalının baş tutacağına inamı artırmışdı. Lakin fərqli nəticələr qeydə alındı və finalda alman klubları qarşılaşdı.
"Bavariya": 4X4
Bundesliqada əzəli rəqibi "Borussiya" və "Bayer"i böyük fərqlə üstələyən "Bavariya" Çempionlar Liqasın finalında da qalib gəldi. Almaniya Kubokunun finalında "Ştutqart"ı üstəyən Münhen təmsilçisi klublararası dünya çempionluğunu da qazanaraq ili 4 kubokla başa vurdu.
Bekhem getdi
İngiltərə və dünya futbolunun ən böyük ulduzlarından biri olan Devid Bekhem PSJ-də karyerasını bitirdi. İngiltərə, İspaniya, ABŞ və Fransada çempion olan futbolçu qırılması çətin olan bir uğura imza atdı.
Bir tarix sona çatdı
"Mançester Yunayted"in 27 illik baş məşqçisi Aleks Ferqyuson mövsümün sonunda karyerasını başa vurdu. Onun yerinə başqa bir şotland - "Everton"u çalışdıran David Moyes gətirildi.
Neymar arzusuna çatdı
"Santos" möhtəşəm mövsüm keçirən Neymar "Barselona"da Lionel Messi ilə birlikdə oynamaq arzusuna çatdı. Kataloniya klubu onu 55 milyon avroya heyətinə qatdı.
Mourinyo evinə döndü
"Real"da istənilən nəticələri qazana bilməyən Joze Mourinyo "Kral Klubu"ndan ayrıldı və "evim" dediyi, böyük uğurlar qazandığı "Çelsi"yə qayıtdı.
"Monako"dan bomba transferlər
Rus milyader tərəfindən satın alınan "Monako" Radamel Falkao, Ceyms Rodriges daha bir neçə ulduza milyonlarla dollar xərcləyib özündəqn söz etdirdi.
Terim milliyə döndü və "Qalatasaray"dan qovuldu
"Qalatasaray"a ardıcıl iki Türkiyə çempionluğu qazandıran və Çempionlar Liqasının 1/4 finalına çıxaran Fatih Terim Türkiyə yığması üçün çətin məqamda iki komandanı eyni vaxtda çalışdırmağa razılıq verdi. Amma "İmperator"la "Qalatasaray"ın prezidenti arasında yaranan gərginlik baş məşqçinin komandadan göndərilməsi ilə nəticələndi. Terim bu xəbəri məşqdə olan zaman eşitdi və göz yaşları içində komandadan ayrıldı.
"Real"ın arzusu çin oldu
"Barselona"nın Neymarı heyətinə qatmasından sonra "Real" Qaret Beyli transfer etdi. "Kral Klubu" uelsli futbolçu üçün 91 milyon avro ödədi. Bununla da o, Kriqtiano Ronaldodan sonra ikinci ən bahalı transfer oldu.
Mesut Özil "Arsenal"da
Dünyadakı ən tanınmış türk futbolçu, Almaniya millisinin üzvü Mesut Özil gözlənilmədən "Real"dan ayrılıb, "Arsenal"a keçdi. Türk əsilli oyunçu tez bir zamanda London klubunun liderinə çevirilə bildi. "Arsenal" bu transfer üçün 50 milyon avro xərclədi.
Ronaldo dünya çempionatına, İbra evə...
DÇ-2014-ün seçmə mərhələsini qrup ikincisi kimi tamamlayan Portuqaliya və İsveç play-off mərhələsində qaşılaşdı. Kriştiano Ronaldo və Zlatan İbrahimoviçin duelini portuqaliyalılar qazanaraq mundiala vəsiqə əldə etdi. Turnirə vəsiqə qazana bilməyən İsveçin qol maşını İbra "Mənim olmadığım dünya çempionatında izlənəcək bir şey olmayacaq" sözləri ilə gündəmə gəldi.
İsveçli ulduz oyundan əvvəl isə "İsveç - Portuqaliya cütlüyünün qalibini sadəcə tanrı bilir, o da mənəm" açıqlamasını vermişdi. Lakin cütün taleyini İbra yox, Ronaldo müəyyənləşdirdi. İki oyunda polrtuqaliyalı ulduz 4, isveçli futbolçu 2 qol vurdu.
Dünya çempionatında "ölüm qrupu"
DÇ-2014-ün püşkü ev sahibi Braziliyada atıldı. Püşkün nəticəsinə əsasən İngiltərə, İtaliya, Uruqvay və Kosta Rikanın yer aldığı qrup "ölüm qrupu" adlandırdı. İlk üç komandanın dünya çempionu oluduğunu da qeyd edək(fanat.az)
saytlarin hazirlanmasi