Ağdam təmsilçisi türk klubunun mürəciətinə yox dedi
Xəbər verdiyimiz kimi Ağdamın "Qarabağ" klubu təlim-məşq toplanışı çərçivəsində yanvarın 7-si Türkiyənin Antalya şəhərinə yola düşəcək.
Sportal.az xəbər verir ki, Türkiyənin "Çaykur Rizəspor" klubu yanvarın 14-15-i aralığında "Qarabağ"la yoldaşlıq matçı keçirtmək üçün kluba məktubla müraciət edib. Ağdam təmsilçisi isə bu təklifə yox deyib. Səbəb kimi isə "Qarabağ" bu müddət ərzində hazırlıq oyunu keçirtmək istəmədiyi göstərilib.
"Qarabağ" təlim-məşq toplanışı çərçivəsində Rumınyanın "Dinamo Buxarest" və Qazaxıstanın "Spartak" klubları ilə yoldaşlıq matçı keçirəcək.
Qeyd edək ki, Ağdam tamsilçisinin Antalyadakı təlim-məşq toplanışı 26-da başa çatacaq.
saytlarin hazirlanmasi