Türk mütəxəssisdən Foqtsa müqaviləyə şərh gəldi
“Turan”ın sabiq baş məşqçisi Naci Şensoy Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun bostanına daş atıb.
Sportal.az xəbər verir ki, Albaniya çempionatında mübarizə aparan "Kukesi" klubunda çalışan türkiyəli mütəxəssis şəxsi “facebook” səhifəsində AFFA-nın Foqtsla müqaviləsini daha 2 illiyinə uzatmasını belə şərh edib:
“Azərbaycan Futbol Federasiyası 5 il bərabər çalışdığı alman Berti Foqtsun sözləşməsini iki il daha uzatdı. Bu beş il ərzində Azərbaycan futboluna heç bir şey verməyən Foqtsun yerinə hansısa bir Şaxta Baba da çalışsaydı, eyni uğuru göstərərdi. Təəssüf, həm də çox təəssüf...”.
saytlarin hazirlanmasi