"Məndən qabaq baş məşqçi türklərin də çox sevdiyi Con Toşak idi"
"Burada futbola maraq böyükdü. Azərbaycan futbolda inkişaf axtaran bir ölkədi. Azərbaycanda Türkiyə futbolunun 70, 80, 90, 2000-ci illərin görmək mümkündü. Yəni bu 4 dövrü bir anda yaşayır. Hətta 2015-2020-ci illəri də yaşayır. Hazırda 65 minlik stadionlar tikirlər, möhtəşəm bir arena. Amma hələ kompilektləşmə prosesindədirlər".
Bu sözlər "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizliyə aiddi.
Sportal.az xəbər verir ki, türkiyəli mütəxəssis ölkəsinin "360" kanalının "Centilmenlər" proqramının qonağı olarkən Azərbaycandakı futbola olan maraqdan və digər məsələlərdən danışıb:
"Çempionata maraq normal olduğunu deyə bilərik. Lakin Avropada mübarizə aparan Azərbaycan klublarına möhtəşəm dəstək var. Seçmə mərhələlərdə oyunları 40-50 min azarkeş izləyir. Bir də bu komandaların qrup mərhələsinə çıxdığı fikirləşin. Ölkədə futbol həyacanı beynəlxalq arenada uğur əldə edilmiş kimi yaşayırlar. Mənim komandam hazırda 8-ci sıradadı. Çempionatı 3-cü sırada bitirsək, Avropaya vəsiqə qazanacağıq. Əgər bunu bacarsaq, əla olar. Mən komandanın baş məşqçisi olarkən Çempionatda 15 matç oynanılmışdı və komandam 3 qələbə əldə etmişdi. Bu yaxşı nəticə deyildi. Məndən qabaq baş məşqçi türklərin də çox sevdiyi Con Toşak idi. Son 3 oyunumuzda 7 xal topladıq. Bir kubok oyununda da qalib gəlib növbəti mərhələyə vəsiqə qazandıq. 4 oyunluq məğlubiyyətsizlik seriyamız var. Bizi Avropaya aparacaq 18 matçlıq bir dönəm gözləyir. Hər 4 oyunda 10 xal toplasaq, Avropa liqalarına vəsiqə qazana bilərik. Hər lqanın yuxarı çıxan və aşağıya enən qrafikası var. Biz ancaq yuxarı çıxmağı bacarsaq, uğur əldə edərik. Amma lider komandalarla aramız da çox xal fərqi var".
saytlarin hazirlanmasi