SON DƏQİQƏ: "Şahin Diniyev “Rəvan” klubunun baş məşqçisi deyil"

23:32 - 3 Yanvar 2014

"Diniyev ikinci dəfə bununla bağlı müraciət etdi. Və biz onun istefasını qəbul etdik"
 
“Biz baş məşqçi Şahin Diniyevlə yollarımızı ayırdıq. Artıq Diniyev “Rəvan” klubunun baş məşqçisi deyil”.
 
Sportal.az xəbər verir ki, bu sözləri  açıqlamasında “Rəvan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib. Şirəliyev bildirib ki, Diniyev öz istəyi ilə postundan gedib:
 
 
“Şahin müəllim istefası ilə bağlı bizə 3 gün bundan öncə müraciət etdi. Mən rəhbərliklə danışdım. Amma onlar bildirdilər ki, yola məhz Diniyevlə davam etmək fikrindədirlər. Amma Diniyev ikinci dəfə bununla bağlı müraciət etdi. Və biz onun istefasını qəbul etdik”.
Qeyd edək ki, Diniyevin gedişindən sonra boş qalmış postu türkiyəli Güvənc Kurtar tuta bilər.
 
futbol11.az

Xəbər xətti