"Hələlik heç nə dəqiqləşməyib"
Son günlər "Xəzər Lənkəran"da köməkçi məşqçilərin dəyişilməsi məsələsi kifayət qədər müzakirə olunub.
Vəziyyət haqqında son rəsmi məlumatı klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlayıb:
"Hələlik bu barədə heç nə dəqiqləşməyib, bunların hamısı sadəcə bir ehtimaldır. Emin Quliyev, Ciovanni Melkourrene və Hafiz Əliyev bu gün komanda ilə Antalyaya yollanacaqlar. Heç kim komandadan ayrılmayıb".
saytlarin hazirlanmasi