Güvənç Kurtar:"Orada müvəffəqiyyətli olub, türkiyəli məşqçilərin önünü aça bilərik"
“Rəvan”ın baş məşqçisi olacaq Güvənç Kurtar “eurosport.com” saytına yeni işiylə bağlı müsahibə verib.
Sportal.az bu müsahibəni təqdim edir:
- Təbrik edirik. Mustafa Dənizli ilə eyni ölkədə, Azərbaycanda çalışacaqsınız. “Revan”la artıq ilkin razılıq əldə etdiyiniz də deyilir...
- Sabah (yəni bu gün) yola çıxacam. İlkin danışıqlar olub. Bir problem yaşanmazsa, dediyin kimi Azərbaycanda olacağam. İnşallah orada müvəffəqiyyətli olub, türkiyəli məşqçilərin önünü aça bilərik.
- Təklif necə oldu? Sizi necə tapdılar?
- TRT 3-də birə bir proqramımı izləmişlər. Dediklərim – danışdıqlarım xoşlarına gəlib. Orada dediklərim çox əks-səda oyandırıb, hər-halda. Təəssüf ki, Türkiyədə danışdıqlarımıza fikir verən yoxdur. TRT-3də yaxşı danışdığım üçün "Rəvan" məni baş məşqçi aparır.
- Mustafa Dənizli Azərbaycandadır və yaxın keçmişdə də Yılmaz Vuralın adı Britaniyada “Kardiff”lə birgə hallanırdı ….
- Mənim qonağı olduğum proqram demək ki, İngiltərədə izlənsə oradan da təklif gəlirdi. Yılmaz Vuraldan bizə fürsət mı qalır! Yılmaz Vuraldan qurtara bildiğimiz komanda da elə budur. Zarafat bir yana, Azərbaycanda uğurlu olmaq istəyirəm. Mustafa Dənizli ilə Türkiyəni ən yaxşı şəkildə təmsil edəcəyik.
saytlarin hazirlanmasi