"Biz yeni baş məşqçini aparıcılığa görə yox, təcrübəsinə görə seçmişik"

16:33 - 4 Yanvar 2014

Bəhruz Şirəliyev:"Danışıqlar sabah yekunlaşacaq"
 
Dünən "Rəvan"da növbəti baş məşqçisi istefası reallaşdı. Şahin Diniyev istefa verdi, onun yerinə isə türk məşqçi Güvənc Kurtar gətiriləcək.
 
Komandanın yeni baş məşqçisi dünən Türkiyə mətbuatına açıqlamasında "Rəvan" məni aparıcılığıma görə komandaya dəvət etdi"  bildirib. Bu sözlərə  klubun vitse-prezidenti Bəhruz Şirəliyev Sportal.az-a açıqlamasında reaksiya göstərib:
 
"Biz baş məşqçini aparıcılığına görə yox, təcrübəsinə görə seçmişik. Güvənc Kurtar Türkiyədə ən məşhur 10 mütəxəssisdən biridir. Vaxtı ilə çalışdırdığı komandalar yüksək yerlərdə mübarizə aparıb. Bunlar hamısı baş məşqçinin işindən xəbər verir. Ümid edirik ki, o, komandanı daha yaxşı yerlərə gətirəcək".
 
Klub rəsmisi baş məşqçi ilə danışıqların sabah yekunlaşacağını da dilə gətirib:
 
"Hazırda yeni baş məşqçi yoldadır, Bakıya gəlir. Bu gün və ya sabah son danışıqlarımız yekunlaşacaq. Hələlik nə qədər müddətinə müqavilə imzalayacağımız da məlum deyil. Bu barədə sabah ətraflı danışarıq".

Xəbər xətti