Komandaya braziliyalı qapıçı qoşulur
Bu gündən Antalyanın Bələk bölgəsində qış hazırlıqlarına başlayan “Xəzər Lənkəran”ın düşərgəsinə daha iki futbolçu gələcək.
Sportal.az apasport.az-a istinadən xəbər verir ki, “ağ-yaşıllar”ın sıralarına qoşulacaq futbolçulardan biri yerli, digər isə əcnəbidir.
Belə ki, Duqlas Leytenin gedişindən sonra Orxan Sadıqlının ümidinə qalan cənub təmsilçisinə yenə braziliyalı qapıçı gəlir. Klubun seleksiyaçı məşqçisi Mario Souza yaxın günlərdə komandanın məskunlaşdığı “Ela Quality Resort” otelinə hələlik adı açıqlanmayan qolkiperlə gələcək. Yerli futbolçu isə “Sumqayıt”ın futbolçusu Orxan Əliyevdir.
Yeri gəlmişkən, yenidən “ağ-yaşıllar”a qayıdacağı gözlənilən Elnur Allahverdiyev isə komanda ilə birgə toplanışa gəlməyib. Millimizin müdafiəçisi karyerasını “Qəbələ”də davam etdirmək fikrindədir.
saytlarin hazirlanmasi