"Güvənc Kurtarla şifahi razılıq əldə olunub"
Şahin Diniyevin gedişindən sonra "Rəvan"da baş məşqçi postu hələ də boş qalıb.
Klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov Sportal.az-a açıqlamasında sabaha bu məsələnin öz həllini tapacağını dilə gətirib:
"Baş məşqçi ilə rəhbərlik arasında görüş baş tutub, Güvənc Kurtarla şifahi razılıq əldə olunub. Hələlik müqavilə imzalanmayıb, yəqin ki, bu məsələyə sabah nöqtə qoyulacaq".
saytlarin hazirlanmasi