Rəşad Sadıqov izlədi, yığmamız DÇ-yə vəsiqə qazandı

00:21 - 6 Yanvar 2014

Komandamız Serbiyaya diz çökdürüb
 
Dünən qadın voleybolçular arasında dünya çempionatının III təsnifat mərhələsində sonuncu turun matçları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının dünya çempionatına getmək uğrunda Serbiya ilə gərgin oyuna çıxıb.
 
Bu oyunu qalib başa vuran komanda dünya çempionatına birbaşa vəsiqə qazanacaqdı. Azərbaycan yığması bu çətin vəzifənin öhdəsindən gəldi. Böyük xarakter göstərərən komandamız rəqibini 3:2 hesabı ilə məğlubiyyətə uğratdı və dünya çempionatına birbaşa vəsiqə qazandı. Qeyd edək ki, bu görüşü Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov da izləyirdi.

Xəbər xətti