AZAL-a Serbiya, Litva və Belarusdan yeni futbolçular gəlir

16:27 - 7 Yanvar 2014

"Təyyarəçilər" heyətini gücləndirmək istəyir

 

AZAL dünəndən etibarən Şüvəlanda hazırlıqlara start verib.

 

Sportal.az xəbər verir ki, "təyyarəçilər" hələ ki, məşqlərini öz bazalarında keçirəcək. Legionerlərin də komanda ilə məşlərdə iştirak edəcəyi dəqiqdir.

 

Klubun mətbuat xidmətindən verilən məlumata görə AZAL-a Belarus, Litva və Serbiyadan futbolçular dəvət olunacaq. Onlar ilk olaraq baxışdan keçəcəklər. Baş məşqçi Vaqif Sadıqov rəğbətini qazanan legionerlər ilə masa arxasında müqavilə imzalanacaq.

Xəbər xətti