Ağdam təmsilçisi Antalyada ilk məşqə çıxdı
Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün ilk məşqinə çıxıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, məşqdən öncə komandanın çalışdırıcısı Qurban Qurbanov futbolçularla qısaca söhbət edib, hazırlıq dönəmində yaxşı çalışmağın vacibliyini vurğulayıb.
Ardınca təxminən 90 dəqiqə davam edən məşq başlayıb. Komandanın texniki heyəti futbolçuları çox da yükləməyib. Əsasən bərpaedici və qaçış xarakterli məşqdə əməliyyat sonrası bərpa prosesi keçən Rəşad Sadıqov iştirak etməyib.
Qeyd edək ki, "Qarabağ"ın ikinci məşqi yerli vaxtla 17:00-a təyin olunub.
saytlarin hazirlanmasi