"Xəzər Lənkəran" fasilədən sonra başqa oyun göstərəcək"

00:02 - 9 Yanvar 2014

Adrian Pit:"Hər şey qaydasındadır"
 
"Hazırda məşqlərimiz davam edir, çalışırıq ki, bu toplanışdan maksimum yararlanaq. "Xəzər Lənkəran" fasilədən sonra başqa olacaq və daha yaxşı oyun göstərəcəyik".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Adrian Pit deyib. O, həmçinin, komandada vəziyyətin yaxşılaşdığını da dilə gətirib:
 
"Komandaya yeni futbolçulaın cəlb olunmasına baş məşqçi qərar verəcək. Hazırda hər şey yaxşılığa doğru gedir. Özümü mövsümün əvvəlindən fərqli olaraq xoşbəxt sayıram".

Xəbər xətti