Dünyanın ən güclü klublarının reytinq siyahısını açıqladı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb.
Sportal.az xəbər verir ki, 200 klubun yer aldığı siyahıya Almaniyanın "Bavariya" klubu (370 xal) başçılıq edir. Madrid "Real"ı (290 xal) ikinci, "Çelsi" klubu (273 xal) isə siyahıda üçüncü olub.
Azərbaycan yalnız bir klubla təmsil olunub. Ötən mövsüm Avropa Liqasının pley-off mərhələsinə qədər irəliləyən "Qarabağ" 119,50 xalla 111-ci pillədə qərarlaşıb.
Qurban Qurbanovun komandası "Liverpul", "Everton", "Nyukasl" (hamısı İngiltərə), "Flamenqo", “Botafoqo” (hər ikisi Braziliya), "Marsel" (Fransa), CSKA (Moskva, Rusiya), "Anji" (Rusiya) və "Volfsburq", "Ştutqart" (hər ikisi Almaniya) kimi klubları geridə qoyub.
saytlarin hazirlanmasi