Nurlan Novruzov "Fəthiyəspor"a keçə bilər
	 
	"Bakı"nın hücumçusu Nurlan Novruzov Türkiyə klubuna keçir.
	 
	Sportal.az xəbər verir ki, gənc forvardın xidmətində "Fəthiyəspor" maraqlıdı.
	 
	PTT 1-ci Liqada çıxış edən bu klub futbolçumuzla 2 illik müqavilə imzalamağa hazırlaşır. Tərəflərin bu gün rəsmi müqavilə imzalaması gözlənilir.
	
	Qeyd edək ki, Novruzov mövsümün əvvəlindən "Sumqayıt"da icarə əsasında oynayırdı. "Fəthiyəspor"da daha bir azərbaycanlı futbolçunun - Davud Kəriminin top qovduğunu da qeyd edək.
                      
saytlarin hazirlanmasi