Əvəzedici heyət toplanışa yola düşdü
“Xəzər Lənkəran” klubunun əvəzedici heyəti şimala üz tutub.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, “ağ-yaşıllar” Rusiyanın cənubunda yerləşən Krasnodar vilayətinin Krımsk şəhərində təlim-məşq toplanışı keçəcəklər.
“Ağ-yaşıllar” yanvarın 24-dək Rusiyada qalacaqlar. Toplanış müddətində 5 yoxlama oyunu keçirəcək əvəzedici komanda daha sonra hazırlığını Lənkəranda davam etdirəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın əsas komandası hazırda Türkiyənin Antalya şəhərində hazırlıq keçir.
saytlarin hazirlanmasi