“Bakı”ya məxsus olub, “Rəvan”da icarə əsasında çıxış edən yarımmüdafiəçi klubu tərk edib
Azərbaycan futbolunun ən güclü yarımmüdafiəçilərindən biri Rəşad Abdullayev gözlənilməz addım atıb.
Sportal.az xəbər verir ki, müqavilə ilə “Bakı”ya məxsus olub, “Rəvan”da icarə əsasında çıxış edən 33 yaşlı yarımmüdafiəçi klubu tərk edib.
Belə ki, “Rəvan”dakı çıxışının alınmadığını əsas gətirən futbolçu getmək məqsədi ilə rəhbərliyə müraciət edib. Rəhbərlik isə onun bu istəyinə qarşı çıxmayıb. Nəticədə futbolçu ilə əməkdaşlığa rəsmən son qoyulub.
Məlumat üçün deyək ki, Rəşad Abdullayev “Xəzər Lənkəran”, “Neftçi”, “Qəbələ” kimi iddialı klubların formasını geyinib.
futbol11.az
saytlarin hazirlanmasi