Millimizin üzvü:" Fotoşəkil göndərdim, azərbaycanlı oldum"

00:48 - 11 Yanvar 2014

"Foqts istəyir ki, yaxınlarda əsas yığmanın oyunçusu olum"
 
Düsseldorf “Fortuna”sının hücumçusu Tuqrul Erat bildirib ki, Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts onu komandasında görmək istəyir.
 
Sportal.az xəbər verir ki, Erat “Bild” nəşrinə bunları söyləyib:
 
“Foqts istəyir ki, yaxınlarda əsas yığmanın oyunçusu olum. Amma mən hələ gənclər yığmasına çağırılıram. Mənim heç bir Azərbaycan əsli-köküm yoxdur. Mən türkəm və Almaniyada doğulmuşam. Ancaq Azərbaycanını gənclərdən ibarət yığmasını baş məşqçisi Bernhard Lippert məni milli komandanın ixtiyarında görməyi çox istəyirdi. Azərbaycan yığmasına necə düşmüşəm? Mən fotoşəkil və bir neçə sənəd göndərmişdim. İki həftədən sonra mən azərbaycanlı oldum”.

Xəbər xətti