Daha iki futbolçu bu gün komandaya qoşulacaq
Antalyada təlim-məşq toplantısı keçən “Xəzər Lənkəran”ın yanvarın 10-dakı axşam məşqini klub rəhbərliyi izləyib.
Sportal.az xəbər verir ki, klub prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirov komandanın məskunlaşdığı otelə gələrək futbolçulara baş çəkmiş ardıyca hazırlıq prossesini də izləmişlər.
Klub prezidenti Mais Mənsimov gecə saatlarında baş məşqçi Mustafa Dənizli ilə görüşüb transfer məsələlərini müzakirə edəcək. Onu da əlavə edək ki, hərbi xidmətdə olduğu üçün icarə əsasında “Xəzər Lənkəran”a qayıda bilən Kamran Abdullazadə və yenicə ailə quran afrikalı futbolçu Sadio Tounkaranın da bu gecə düşərgəyə gələrək komandaya qoşulacaqları gözlənilir.
12cioyuncu.info
saytlarin hazirlanmasi