Millinin çalışdırıcı "Qarabağ"ın düşərgəsində
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu gün Premyer Liqanın ikinci yarısının hazırlıqlarını Antalyada davam etdirən "Qarabağ" klubunun düşərgəsinə baş çəkib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda məşqə yollanmamışdan öncə otelə gələn alman çalışdırıcıyla "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov arasında təxminən 50 dəqiqəlik söhbət baş tutub.
Azərbaycan futbolu haqqında səmərəli müzakirələr aparan tərəflər sonra birlikdə məşq meydanaçasına yollanıblar. "Qarabağ"ın məşqini sona qədər izləyən millinin çalışdırıcısı klubun yığmadakı futbolçularıyla da görüşüb.
saytlarin hazirlanmasi